260 000 AZN
300 m² 140 m² terras 4,5 m tavan 10/10 mərtəbə
WhatsApp-da yaz
LHLuxHouse +994 51 270 77 88
Sumqayıt bulvarı · LEVENT · birinci sıra

300 m². Bunun 140 m²-i dəniz mənzərəli terras.

260 000 AZN 280 000 AZN · 867 AZN/m²
300 m²Ümumi sahə
160 m²Yaşayış
140 m²Terras
4,5 mTavan hündürlüyü
10 / 10Mərtəbə
Bu mənzilin kv.m qiyməti
867 AZN/m²
LEVENT-də bazar qiyməti1 600 – 1 700 AZN/m²
Fərqtəxminən 2 dəfə

Bu rəqəm 300 m²-in tam qiymətinə görə hesablanır. Yaşayış sahəsini tək götürsək belə — 160 m² × 1 600 AZN = 256 000 AZN — mənzilin bütün qiyməti bundan cəmi 4 000 AZN çoxdur.

Yəni 140 m² terras faktiki olaraq qiymətə daxil deyil.

Niyə bu qədər ucuzdur

Səbəbi birdir və gizlətmirik

Mənzil təmirsizdir

Kürəkli halda təhvil verilir — divarlar, döşəmə, kommunikasiya sizin layihənizə görə quraşdırılacaq. Qiymətin bazardan aşağı olmasının səbəbi məhz budur, başqa gizli səbəb yoxdur: sənəd, mərtəbə və yerləşmə qaydasındadır.

Təmirsiz olmağın üstünlüyü

4,5 metr tavan və 300 m² sahə ilə bu, planlaşdırmanı sıfırdan öz zövqünüzə uyğun qurmaq deməkdir. Hazır təmiri sökmək, başqasının seçdiyi materialla yaşamaq lazım gəlmir.

Terras

140 m² — bir mənzil boyda, açıq havada

Bakıda 140 m² mənzil ailənin tam yaşayış sahəsidir. Burada bu sahə şəhərin üstündə, açıq havada sizindir: yay mətbəxi, uzun süfrə, oturma zonası, uşaq üçün oyun sahəsi — və hələ də boş yer qalır.

Dəniz və bulvar mənzərəsi
Yalnız bu mənzilə məxsusdur — ümumi istifadə deyil
Ən üst mərtəbə — qonşu binaların kölgəsi düşmür
140 m² terras və mənzərə
Ən üst mərtəbə, açıq terras
10-cu mərtəbə

Mərtəbədə cəmi iki mənzil

Binanın digər mərtəbələrində 5–6 mənzil yerləşir. 10-cu mərtəbə isə yalnız ikiyə bölünüb.

Bu mərtəbədə mənzil sayı2
Digər mərtəbələrdə5 – 6
LiftBirbaşa 10-cu mərtəbəyə
Üst qonşuYoxdur
Eyni pula nə alırsınız

260 000 AZN LEVENT-də nə qədər sahə alır?

Kompleksdə orta qiymət 1 600 AZN/m²-dir. Eyni məbləği adi mənzilə versəniz, əlinizə keçən sahə budur:

Adi mənzil · 1 600 AZN/m²
162 m²

Yalnız yaşayış sahəsi. Terras yoxdur və ya balkon ölçüsündədir.

Bu mənzil · 867 AZN/m²
300 m²

160 m² yaşayış + 140 m² dəniz mənzərəli şəxsi terras.

Fərq: 138 m² artıq sahə — eyni pula, eyni kompleksdə, eyni bulvarın qarşısında.

Açıq danışaq

Bu mənzil hər kəs üçün deyil

Vaxtınızı da, bizimkini də qorumaq üçün kimin üçün uyğun olduğunu birbaşa yazırıq.

Uyğundur

  • Təmiri öz layihəsi ilə etmək istəyənə
  • Açıq sahəni — terras, mənzərə, hava — dəyərləndirənə
  • Sumqayıtda bulvar xəttində uzunmüddətli aktiv axtarana
  • Nağd və ya sürətli ödəniş imkanı olana

Uyğun deyil

  • Dərhal köçmək istəyənə — təmir vaxt tələb edir
  • Kiçik, az xərcli mənzil axtarana
  • Yalnız yaşayış kv.m-inə görə hesab aparana
Video

Mənzil və kompleks

Videoda görünən 280 000 AZN köhnə qiymətdir. Hazırkı qiymət 260 000 AZN.

Yerləşmə

LEVENT — bulvara birinci sıra

Bulvar və dənizQarşıda, birinci sıra
Uşaq bağçasıPiyada məsafədə
SupermarketlərPiyada məsafədə
Restoran və kafelərPiyada məsafədə
HəyətBağlı, tam infrastruktur
Xəritədə bax
LEVENT kompleksi, bağlı həyət və dəniz
Qalereya
LEVENT kompleksi
Terras
Terras, mənzərə
Geniş zona, 4,5 m tavan
Otaq
Dəhliz
Növbəti addım

Baxış üçün bir mesaj kifayətdir

260 000 AZN
300 m² · 867 AZN/m² · bazar 1 600 – 1 700 AZN/m²
WhatsApp-da yaz Zəng et